30.11.2016 16:35
2667
2667
"Sergeyin oyununa görə çox şadam, o, 12 partiyada Karlsenə şans vermədi. Lakin tac uğrunda mübarizə hələ başa çatmayıb". Bu sözləri "Spartak"ın baş direktoru Sergey Rodionov şahmat tacı uğrunda Maqnus Karlsen və Sergey Karyakin arasında gedən mübarizədən söz açarkən deyib. O daha sonra bildirib: "İndi qalib tay-breklə müəyyənləşəcək". Onun fikrincə, tay-brek heç-heçə başa çatmış vacib oyunlardan sonra qapılara vurulan penaltilərə oxşayır: "Burada penaltilərdən məharətlə yararlanan qalib gəlir. Mən arzu edərdim ki, Sergey də bundan yaxşıca yararlansın".