bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Millimiz mövqeyini qoruyub

30.11.2016 16:40 Oxundu 1926

FIFA futzal üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Hesabında 1435 xal olan Azərbaycan millisi 10-cu pillədəki mövqeyini qoruyub.

“Avro-2018”in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Macarıstan 30-cu, Bosniya və Herseqovina yığması isə 38-ci pillədə yer alıb.

Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1891 xalla ikinci, Rusiya komandası isə 1758 xalla üçüncüdür.