bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Təyyarə qəzası ilə bağlı iddialar

30.11.2016 17:11 Oxundu 2147

Noyabrın 29-u yaşanan təyyarə qəzasında sağ qalan Ervin Tumiri, qəza anlarını danışıb. O, bildirib ki, qəzadan öncə sərnişinlərin hamısı oturacaqlardan qalxaraq qışqırıblar. Tumiri qeyd edib ki, təhlükəsizlik qaydalarına riayət etdiyi üçün qəzadan sağ çıxa bilib.

Ekspertlərdən biri ortaya şok iddia atıb. Qəzaya uğrayan təyyarənin texniki nasazlıq hallarında belə problemsiz eniş edə bilmə xüsusiyyətini qeyd edən mütəxəssis, təyyarənin yanacağı bitdiyi üçün qəzaya uğradığını deyib: “Əldə etdiyim məlumata görə, həmin vaxt izləmədə olan “VivaColombia” hava yolu şirkətinə məxsus A320 tipli sərnişin təyyarəsində yanacaq bitib. Qəza elektrik problemindən yaransa da, buna səbəb yanacağın bitməsindən qaynaqlanır”.

Bir digər mütəxəssis də “Daily Mail”dəki xəbərin məntiqsiz olduğunu ifadə edərək, bu tipli təyyarələrin yanacaq təxliyə xüsusiyyətinin olmadığını bildirib.
Gülarə Kərimova