30.11.2016 19:45
1838
1838
"Leyptsiq" komandasının hücumçusu Yussuf Polusen komandasını ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi "Lester"lə müqayisə edənlərə belə bir mesaj verib: "Biz "Lester" deyilik, "Lester" də biz deyil. Onlar bir-birindən tamam fərqli komandalardır. Onları müqayisə etməyə ehtiyac yoxdur".
Qeyd edək ki, hazırda "Leyptsiq" Almaniya Bundesliqasının lideridir. Belə ki, bu komanda XII turdan sonra 30 xal toplayıb. Cədvəlin ikinci pilləsində qərar tutmuş "Bavariya"nın ise 27 xalı var.