bazar ertəsi, 13 iyul 2026

DÜNYA FUTBOLU

Qaret Sautqeyti baş məşqçi oldu

30.11.2016 19:49 Oxundu 1996

İngiltərə Futbol Federasiyası millinin baş məşqçisi vəzifəsinə Qaret Sautqeyti təyin etdiyini bildirib. Məlumata görə,

46 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Q.Sautqeyt sentyabrda Sem Ellardaysın istefaya göndərilməsindən sonra müvəqqəti olaraq millinin baş məşqçisi vəzifəsini icra edirdi.