01.12.2016 07:02
2330
2330
Norveçli Maqnus Karlsen və Rusiya qrossmeysteri Sergey Karyakin arasında şahmat tacı uğrunda mübarizə başa çatıb. Norveç çempionu tay-brekdə qələbə qazanıb və titulunu qoruyub.

Tay-breykin sonuncu - dördüncü partiyasında Karlsen ağ fiqurlarla oynayıb. Sergey Karyakin Siciliya müdafiəsinin kəskin variantını seçib və hücum oyununu təşkil etmək istəyib, lakin Karlsen onun bütün cəhdlərini qətiyyətlə dəf edib və oyunun 20-ci gedişndə üstünlük qazanaraq bu partiyanı qələbə ilə başa vurub. Beləliklə, tay-brek 3:1 hesabı ilə nəticələnib və Karlsen dünya çempionu titulunu qoruyub.