2242
Şahmat üzrə dünya çempionu adı uğrunda matçda Maqnus Karlsenə məğlub olan rusiyalı Sergey Karyakin tay-brekə tam hazır olmadığını etiraf edib: "Mən sürətli şahmat oynamağa tam hazır deyildim, elə bu səbəbdən pis oynadım. Maqnus mənim səhvlərimdən maksimum yararlandı və qələbə qazandı. Onu təbrik edirəm".
Bir daha qeyd edək ki, norveçli Maqnus Karlsen tay-brekdə rusiya qrossmeysteri Sergey Karyakini məğlub etməklə şahmat üzrə dünya çempionu adını qoruyub saxlayıb.
Noyabrın 11-dən 29-dək onların arasında keçirilmiş 12 partiya heç-heçə (6:6) nəticələnib. Qalib müəyyənləşmədiyindən reqlamentə görə güclünün adına tay-brekdə aydınlıq gətirilib. Dörd oyundan ibarət tay-brek matçlarında Karlsen qalib gəlib: 3:1.