1979
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Liqa kubokunun 1/4 final mərhələsində "Vest Hem"lə keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb: O deyib: "Biz evdə çox yaxşı oynayırıq. Bu dəfə də belə oldu. "Vest Hem" hesabı bərabərləşdirdi. Amma ikinci hissədə gözəl futbolu oynadıq. Mən fasilədə oyunçulara dedim ki, belə olmaz". O fikrini bu sözlərlə tamamlayıb: "Bir var oyun, bir də var qollar... Oyun da, qollar da olanda bu xoşbəxtlikdir".
Məlumat üçün bildirək ki, İngiltərə Liqa kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir. "Arsenal" doğma meydanda "Sauthempton"u qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekublaşıb."Sauthempton" qalib gəlməklə turnirin yarımfinalına yüksəlib. "Arsenla" isə mübarizəni dayandırıb. Digər oyunda isə "Mançester Yunayted" "Vest Hem"ə qalib gəlməklə (4:1) yarımfinala vəsiqə qazanıb.
"Manşester Yunayted" - "Vest Hem" - 4:1
Qollar: İbrahimoviç, 2 (1:0) Fletçer, 35 (1:1), Marsial, 48 (2:1), 62 (3:1), İbrahimoviç, 90+3 (4:1)
"Arsenal" - "Sauthempton" - 0:2
Qollar: Klasie, 13, Bertrand, 38