bazar, 18 yanvar 2026

DİGƏR NÖVLƏR

Azərbaycan Qran-prisi kim tanınacaq

01.12.2016 08:28 Oxundu 1855

Vyanada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib. İclasda gələn ilki mövsümün təqvimi təsdiq olunub. Təqvimin açıqlanmasını səbirsizliklə gözləyən ölkələrdən biri də Azərbaycan olub. Çünki builki yarış 24 saatlıq Le Man marafonu ilə eyni həftəsonunda təşkil olunmuşdu və bu, azarkeş sayına təsir göstərmişdi. Növbəti mövsümün ilkin təqvimində də Bakı mərhələsinin iyunun 18-də təşkil olunacağı bildirilmişdi və bu yenə Le Mandakı yarışla üst-üstə düşmək demək idi.

Təsdiqlənən yeni təqvim ölkəmiz üçün qənaətbəxş sayıla bilər. Bakıdakı yarış ilkin təqvimdə açıqlanan vaxtdan bir həftə sonra – iyunun 25-də baş tutacaq. Buna təsir edən amillərdən biri də Almaniya Qran-prisinin təqvimdən çıxarılması olub.

Daha bir əlamətdar hadisə isə yarışımızın adının dəyişdirilməsidir. Debüt ilində Avropa Qran-prisi adlandırılan yarış gələn ildən Azərbaycan Qran-prisi kim tanınacaq.

Mövsüm 20 yarışdan ibarət olacaq. Yarış martın 26-da Avstraliyada başlayıb, noyabrın 26-da Əbu-Dabidə başa çatacaq.

Tarix Qran Pri Şəhər, tras
24-26 mart Avstraliya Melburn, Albert Park
7-9 aprel Çin Şanxay
14-16 aprel Bəhreyn Saxir
28-30 aprel Rusiya Soçi
12-14 may İspaniya Barselona, Katalunya
25-28 may Monako Monte Karlo
9-11 iyun Kanada Monreal, Jil Vilnöv adına tras
23-25 iyun Azərbaycan Bakı, Bakı Şəhər Halqası
7-9 iyul Avstriya Şpilberq, Red Bull Rinq
14-16 iyul Böyük Britaniya Silverstoun
28-30 iyul Macarıstan Budapeşt, Hunqarorinq
25-27 avqust Belçika Spa
1-3 sentyabr İtaliya Montsa
15-17 sentyabr Sinqapur Sinqapur, Marina Bey
29 sentyabr-1 oktyabr Malayziya Kuala Lumpur, Sepanq
6-8 oktyabr Yaponiya Suzuka
20-22 oktyabr ABŞ Ostin
27-29 oktyabr Meksika Mexiko, Rodriges qardaşları adına tras
10-12 noyabr Braziliya San Paulu, İnterlaqos
24-26 noyabr Əbu Dabi Əbu Dabi, Yas Marina