bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Çempionlar və Avropa liqalarının sonuncu qrup oyunlarında “Şapekoense” yad ediləcək

01.12.2016 20:27 Oxundu 1962

UEFA Çempionlar və Avropa liqalarının sonuncu qrup oyunları bir dəqiqəlik sükutla start götürəcək. Qitə futbol qurumu xəbər verir ki, altıncı turun bütün görüşlərində təyyarə qəzasında həlak olmuş Braziliyanın “Şapekoense” klubunun futbolçularının xatirəsi yad ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının matçları dekabrın 6-7-də, Avropa Liqasının qarşılaşmaları isə dekabrın 8-də oynanılacaq.