çərşənbə axşamı, 30 aprel 2024

BİZİM FUTBOL

"Zinəddin Zidan mənə Visente Del Boskeni xatırladır"

02.12.2016 11:54 Oxundu 2389

"Real"ın sabiq yarımmüdafiəçisi Stiv Makmanaman "Real"ın baş məşqçisi Zinəddin Zidanla bağlı fikirlərini bölüşüb. O deyib: "Zidan baş məşqçi kimi fəaliyyətə başlayanda dedilər ki, bəs o "Real"ın nizamını pozacaq. Mənim fikrimcə, fransalı mütəxəssis Madrid klubu üçün ən ideal məşqçidir. Zidan diplomatik baş məşqçidir, o, həmişə klub rəhbərliyi ilə mübahisələrdən qaçmağa cəhd edəndir. Zidan sakit və çox ağıllı bir insandır. Bu kimi keyfiyyətlərinə görə o, Visente Del Boskeni xatırladır.

"Real"ın oyunçuları "Barselonanın" futbolçuları heç də zəif deyillər. Hər bir komanda hər oyunda qələbə qazanmağa çalışır. Xoşdur ki, Zinəddin Zidanın rəhbərlik etdiyi "Real"ın oyunçuları həmişə inamlı görünürlər".