bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Bir-birimizlə məşqçi qismində ilk dəfə görüşəcəyik"

03.12.2016 07:34 Oxundu 1491

"Mançester Sitinin" baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının 14-ci turunda "Çelsi" ilə keçirəcəkləri oyun ərəfəsində bu komandanın baş məşqçisi Antonio Konte haqqında danışıb. O deyib: "Konte indi dünyanın ən yaxşı məşqçilərindən biridir. Biz bir-birimizlə məşqçi qismində ilk dəfə görüşəcəyik. Amma mən futbolçu kimi ona qarşı oynamışam. Konte bir futbolçu kimi xoşuma gəlirdi. Şadam ki, bu gün məşqçi kimi ona qarşı oynayacağam. O, Turində və İtaliya yığmasında da mühüm işlər görüb. Bu isə o deməkdir ki, "Çelsi" yaxşı komandadır".

Məlumat üçün bildirək ki, "Mançester Siti"- "Çelsi" qarşılaşması bu gün baş tutacaq. Turnir cədvəlində (12 turdan sonra) "Çelsi" 31 xalla birinci, "Mançester Siti" isə 30 xalla üçüncü yeri tutub.