1746
Xəbər verdiyimiz kimi, FİFA 2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb. Mükafat uğrunda mübarizə aparacaq siyahıda 3 mütəxəssis - "Real"ın baş məşqçisi Zinəddin Zidan, "Lester"ə rəhbərlik edən Klaudio Ranyeri, Portuqaliya millisinin çalışdırıcı Fernandu Santuş vardır. Məsələyə münasibət bildirən "Real"ın baş məşqçisi Zinəddin Zidan deyib ki, mən ilin yaxşı məşqçisi adına layiqli namizəd deyiləm. Zidanın fikrincə, onun ən yaxşı məşqçi hesab edilməsi hələ tezdir: "Ən yaxşı məşqçi adına daha layiqli namizədlər var. Əla məşqçi olmaq üçün, çox vaxt lazımdır".
Qeyd edək ki, 44 yaşlı Zidan "Real"ın sükanı arxasına 2016-ci ilin əvvəlində keçib. Onun rəhbərliyi altnda Madrid klubu Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.