1714
.jpg)
Bu gün Azərbaycan kubokunda növbəti 1/8 final oyunları keçiriləcək. Baş tutacaq daha 4 qarşılaşma ilə növbəti 1/4 finalçıların adlarına aydınlıq gələcək. “Turan Tovuz” “Zirə”ni evdə qəbul edəcək. “Səbail” “Qarabağ”ın, əyalət klubu “Zaqatala”“Qəbələ”nin qonağı olacaq. “Şahdağ” isə “Kəpəz”lə gücünü sınayacaq.
Xatirladaq ki, dünən keçiirlən oyunlarda, "Sumqayıt" MOİK-ə, "İnter" "Qaradağ Lökbatan”a, AZAL "Rəvan"a, "Neftçi" isə "Şərurspor"a şans verməyib. Beləliklə, "Sumqayıt", "İnter", AZAL və "Neftçi" klubları adlarını növbəti mərhələyə yazdırıblar.
Azərbaycan kuboku
1/8 final
3 dekabr (şənbə)
13:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Tovuz şəhər stadionu
13:00. “Şahdağ” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bayıl Arena”
15:00. “Qəbələ” – “Zaqatala”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
17:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
“Azərsun Arena”