bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

İlk zərbəni Karyakin vuracaq

03.12.2016 08:17 Oxundu 1802

Dekabrın 5-də Rusiya çempionatının 17-ci turu çərçivəsində "Spartak"-"Rubin" matçı keçiriləcək. Həmin oyunda topa ilk zərbəni dünya şahmat tacı uğrunda mübarizədə novreçli Maqnus Karlsenə məğlub olan rusiyalı qrossmeyster, "Spartak"ın azarkeşi Sergey Karyakin vuracaq. Bu barədə Sergey Karyakinin meneceri Kirill Zanqlalis məlumat verib.

Hazırda "Spartak" 37 xalı, "Rubin"in isə 23 xalı var. "Spartak" turnir cədvəlində birinci, "Rubin" isə səkkizinci yerdədir.