2884
Bu gün İspaniya La Liqasında XIV tura start veriləcək.İlk oyun günündə 4 qarşılaşma baş tutacaq.Günün və turun mərkəzi görüşü Kataloniyada oynanılacaq. Bütün dünyanın diqqətlə izlədiyi “El-Klasiko” bu dəfə “Nou Kamp”da baş tutacaq. "Barselona" ölkə çempionatında ikinci pillədə qərarlaşıb və lider "Real"dan 6 xal geri qalır."Real" 13 turda yalnız üç dəfə heç-heçə edib, son 6 oyunda isə qalib gəlib.
Həmin gün daha bir Kataloniya – Madrid qarşıdurması baş tutacaq. Bu dəfə paytaxtda “Atletiko” “Espanyol”u sınağa çəkəcək.Turun qalan görüşləri isə bazar günü keçiriləcək.
Messi-Ronaldo qarşılaşması kimi tanınan dünyanın bir nömrəli derbisinin tarixi 1902-ci il fevralın 17-dən başlayır. İlk qarşılaşmanı rəqib meydanında Madrid təmsilçisi 2:1 hesablı qələbə ilə başa vurub.
Bu oyun dünya nəhənglərinin ümumilikdə 265-ci, rəsmi oyunlarda 232-ci, İspaniya çempionatında isə 173-cü qarşılaşması olacaq.
Tərəflər arasında bu günə qədər keçirilən 264 oyunda “katalonlar” 109 dəfə sevinən tərəf olublar. Doxsan yeddi matçda “kral” klubu meydanı üç xalla tərk edib. Əlli səkkiz qarşılaşmada isə qalib müəyyənləşməyib. Primerada baş tutan 172 matçın 68-ni “Barselona”, 72-ni “Real” qazanıbsa, 32 oyun sülhlə yekunlaşıb. Ümumi top fərqi 459-432 Kataloniya təmsilçisinin xeyrinədir. La Liqada isə paytaxt klubu top fərqinə görə üstünlüyə malikdir - 280-273.
Xatırladaq ki, 13 turdan sonra turnir cədvəlinə “Real Madrid” komandası 33 xalla liderlik edir. Rəqibindən altı xal geri qalan “Barselona” isə 27 xalla ikinci pillədə qərarlaşıb.
İspaniya La Liqası
XIV tur
3 dekabr
16:00. “Qranada” – “Sevilya”
19:15. “Barselona” – “Real”
21:30. “Leqanes” – “Vilyareal”
23:45. “Atletiko” – “Espanyol”
4 dekabr
15:00. “Betis” – “Selta”
19:15. “Atletik” – “Eybar”
21:30. “Alaves” – “Las Palmas”
21:30. “Sportinq” – “Osasuna”
23:45. “Valensiya” – “Malaqa”
23:45. “Deportivo” – “Real Sosyedad”
Turnir cədvəli
|
1. |
Real |
13 |
10 |
3 |
0 |
36:11 |
33 |
|
2. |
Barselona |
13 |
8 |
3 |
2 |
33:14 |
27 |
|
3. |
Sevilya |
13 |
8 |
3 |
2 |
24:18 |
27 |
|
4. |
Atletiko |
13 |
7 |
3 |
3 |
28:11 |
24 |
|
5. |
Real Sosyedad |
13 |
7 |
2 |
4 |
22:14 |
23 |
|
6. |
Vilyareal |
13 |
6 |
4 |
3 |
19:10 |
22 |
|
7. |
Eybar |
13 |
6 |
3 |
4 |
20:16 |
21 |
|
8. |
Atletik |
13 |
6 |
2 |
5 |
17:16 |
20 |
|
9. |
Selta |
13 |
6 |
2 |
5 |
21:23 |
20 |
|
10. |
Las Palmas |
13 |
5 |
4 |
4 |
24:21 |
19 |
|
11. |
Malaqa |
13 |
5 |
4 |
4 |
21:19 |
19 |
|
12. |
Espanyol |
13 |
4 |
6 |
3 |
17:17 |
18 |
|
13. |
Alaves |
13 |
4 |
4 |
5 |
13:16 |
16 |
|
14. |
Betis |
13 |
4 |
2 |
7 |
14:25 |
14 |
|
15. |
Leqanes |
13 |
4 |
1 |
8 |
11:25 |
13 |
|
16. |
Valensiya |
13 |
3 |
2 |
8 |
17:24 |
11 |
|
17. |
Deportivo |
13 |
2 |
4 |
7 |
13:23 |
10 |
|
18. |
Sportinq Xixon |
13 |
2 |
3 |
8 |
12:27 |
9 |
|
19. |
Osasuna |
13 |
1 |
4 |
8 |
12:26 |
7 |
|
20. |
Qranada |
13 |
0 |
5 |
8 |
11:29 |
5 |