03.12.2016 11:44
1726
1726

"Mançester Sitinin" baş məşqçisi Xosep Qvardiola ümid edir ki, "Barselona" İspaniya çempionatının 14-ci turunda "Real"ıməğlub edəcək: "Mən hesab etmirəm ki, "Barselona" milli çempionata pis başlayıb. Bu komanda İspaniya çempionu adı uğrunda mübarizə aparacaq. İndi 14-cü turun oyunları keçirilir. Komandanın hərdən uduzması, daha doğrusu, göydən yerə düşməyi bəzən faydalı da ola bilir. Ümid edirəm ki, bu oyunda "Barselon"a nəyə qadir olduğunu ortaya qoyacaq".
Qeyd edək ki, "Barselona"- "Real" matçı bu gün keçiriləcək.