bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Mançester Yunayted"də qala bilər"

03.12.2016 11:52 Oxundu 1754

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo futbolçusu Bastian Şvaynştayger haqda danışıb: "Mövsümün əvvəli onun başqa kluba transfer olunmasını istədim. Ancaq Şvaynştayger burada qalmağa qərar verdi. Son görüşdə meydanda çıxmağa layiq idi. Bunun üçün çox çalışdı. Qərarını dəyişməyən insanları bəyənirəm". O, alman yarımmüdafiəçinin komandada qala biləcəyini deyib: "Onun "Mançester Yunayted"də qalmağı mümkündür”.

Qeyd edək ki, B.Şvaynştayger bu mövsüm "Mançester Yunayted"in heyətində ilk rəsmi oyunua İngiltərə Liqa kubokunun 1/4 finalında "Vest Hem"a qarşı görüşdə çıxıb. B.Şvaynştayger portuqaliyalı baş məşqçisi Joze Mourinyonun gəlişindən sonra bir oyunda belə iştirak etməmişdi.