bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo 150 milyon avronu vergidən yayındırıb?

03.12.2016 13:49 Oxundu 1746

Madrid "Real" komandasının oyunçusu Kriştianu Ronaldonun 150 milyon avronu vergidən yayındırması ilə bağlı söhbətlər dolaşmaqdadır. Deyilənlərə görə, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo də vergidən yayınanlardandır.

Məlumata görə 12 nəfərdən ibarət jurnalistlər qrupu bir konsorsiumda araya gələrək peşəkar futboldakı pul maxinasıyalarını araşdırıblar.

Konsorsium yaxın üç həftə ərzində faktları ortaya qoyacaq.

Sızan məlumatlara görə, Kriştianu Ronaldo İsveçrə və Böyük Britaniyanın Virciniya adalarındakı ofşorlar vasitəsilə 150 milyon avronu vergidən yayındırdırıb. "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun da 12 milyon avronun vergidən yayındırdığı söylənilir.