1885
Azərbaycan kubokunun 1/8 final mərhələsinin bu gün başa çatan ikinci qarşılaşmasında 1/4 finalda "Neftçi"nin rəqibi məlum olub. Bu, səfərdə "Turan Tovuz"u məğlub edən "Zirə"dir: 0:1.
1/4 final mərhələsinin ilk oyunu dekabrın 11-13-də Zirə İdman Kompleksinin stadionunda, cavab görüşü isə ayın 20-21-də "Bakcell Arena”da baş tutacaq.Qeyd edək ki, yarımfinal görüşləri gələn il martın 30-da və aprelin 5-də, final matçı isə mayın 5-də keçiriləcək.
Azərbaycan kuboku
1/8 final
3 dekabr (şənbə)
“Turan Tovuz” – “Zirə” - 0:1
Qol: Aleksandr Şemonayev, 80
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Tovuz şəhər stadionu
“Turan Tovuz”: 12. Natiq Səhrətov (k), 14. Nodar Məmmədov, 18. Orxan Lalayev, 3. Əlimirzə Daşzərini, 2. Sənan Qocayev, 5. Azər Məmmədov, 4. Səbayıl Bağırov, 17. Rəhman Musayev, 30. Vüqar Asəliyev, 7. Elmin Çobanov, 8. Aqşin Muxtaroğlu
Ehtiyat oyunçular: 1. Mehman Hacıyev, 9. İlkin Sadıqov, 6. Emin Mirzəliyev, 11. İlkin Rzayev, 22. Tuqay Alhüseynli, 20. Elnur Soltanlı, 15. Seymur Tağıyev
Baş məşqçi: Əsgər Abdullayev
“Zirə”: 85. Kamal Bayramov, 18. Tural Cəlilov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 92. Cavid Tağıyev, 7. Gerhard Proqni
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 96. Elgün Nəbiyev, 55. Cəmil Hacıyev, 38. İlkin Muradov
Baş məşqçi: Adil Şükürov