1921
Bu gün Azərbaycan kubokunda növbəti 1/8 final oyunları çərçivəsində "Qəbələ" "Zaqatala"nı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən matçda meydan sahibləri qonaqların müqavimətini qırmaqda çətinlik çəkiblər. Belə ki, oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Artırılımış əlavə vaxtda da bu hesab dəyişməyib. "Qəbələ" əlavə vaxtdan sonrakı on bir metrlərin hesabına adını 1/4 finala yazdıra bilib.“Zaqatala”nı penaltilər seriyasında məğlub edən (2:2, pen.4:1) “Qəbələ” növbəti mərhələdə AZAL-la görüşəcək.Bu raundun ilk görüşləri dekabrın 11-13-də baş tutacaq. Cavab qarşılaşmaları isə dekabrın 20-21-də keçiriləcək.
“Qəbələ” – “Zaqatala”- 2:2, pen. 4:1
Qollar: Voislav Stankoviç, 12, Rəşad Eyubov, 45+1 - Sərxan Abdullayev, 32, Oruc Balaşlı, 64
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
“Qəbələ”: 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 7. Nika Kvekveskiri, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov (k), 27. Teo Uiks, 30. Petar Franyiç, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 21. Roman Hüseynov, 70. Fərid Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
“Zaqatala”: 1. Amil Ağacanov, 4. Kənan Müslümov, 3. Roini İsmayılov, 18. Elçin Süleymanov, 16. Ruslan Tağızadə, 5. Vadim Abdullayev, 8. Hacı Əhmədov (k), 2. Sərxan Abdullayev, 19. Cavad Kazımov, 10. Arzuman Nəsibov, 25. Oruc Balaşlı
Ehtiyat oyunçular: 12. Rəşad Əhmədov, 17. Rüstəm Məmmədov, 14. Elmir Sulxayev, 11. Yusif Dilanov, 6. Məhəmməd Babazadə, 13. Rəhman Şabanov, 9. Osman Qurbanov
Baş məşqçi: Şaban Şirdanov