bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Əzəli rəqiblər sülh bağladılar

03.12.2016 20:17 Oxundu 1904

Bu gün İspaniya La Liqasında XIV tura start verilib. Günün və turun mərkəzi görüşü Kataloniyada oynanılıb. Bütün dünyanın diqqətlə izlədiyi "El-Klasiko" bu dəfə "Nou Kamp"da baş tutub. İspaniya La liqasında “Barselona” klubu “Real” (Madrid) komandası ilə qarşılaşmada 90-cı dəqiqəyədək 1:0 hesabı ilə öndə olsa da qələbəni əldən verib. El klassiko adlandırılan oyunda qolları 53-cü dəqiqədə Luis Suares və 90-cı dəqiqədə Sergio Ramos vurub.Beləliklə, “Real” meydanı 33-cü dəfə məğlubiyyətsiz tərk edib və əsas rəqibi “Barselona” klubu ilə arasındakı altı xallıq fərqi qoruyub saxlayıb.

İspaniya La Liqası

XIV tur

3 dekabr

"Barselona" - "Real" - 1:1

Qollar: Suarez, 53 - Serxio Ramos, 90