04.12.2016 08:14
1760
1760
Xəbər verdiyimiz kimi, İspaniya La Liqasının XIV turu çərçivəsində baş tutan "Barselona" - "Real" görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Barselona" matçın 53-cü dəqiqəsində hesabda önə keçsə də, 90-cə dəqiqədə "Real" hesabı bərabərləşdirərək məğlubiyyətdən xilas olub. Matçdan sonrakı mətbuat konfransına katalonların baş məşqçisi Luis Enrike məğlubiyyətdə türk futbolçunu ittiham edib: "Qələbəni qaçıran tərəf biz olduq. Serxio Ramosun 90-cı dəqiqədəki qolundan əvvəl Arda Turan lazımsız qayda pozuntusu etdi. Buna gərək yox idi. Buraxılan bir qol bizə baha başa gəldi".