bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Pol Poqba: "Anam bilirdi ki..."

04.12.2016 13:28 Oxundu 1818

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba öz uşaqlıq illərindən danışıb. O deyib ki, uşaqlıq illərində başqa işlərlə məşğul olmayıb: "Mənim üçün yalnız futbol olub. Mən hər zaman futbol oynamışam. Həmişə evimizin yanında uşaqlarla birgə top qovardım. Bir sözlə, bütün gücümü futbola verirdim ki, peşəkar futbolçu kimi yetişim. Bu mənim məqsədim olub. Ailəm də mənə həmişə kömək edib. Ətrafımda olan insanlar da məni irəli itələyiblər. Düşünürəm ki, mənim anam peşəkar futbolçu olacağımı bilirdi".