bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Mən elə hərəkət etməməli idim"

04.12.2016 13:45 Oxundu 1678

İspaniya çempionatının 14-ci turunda keçirilən "Barselona"-"Real" (1:1) matçında Ramosun bərabərlik qolundan sonra "Real"ın müdafiəçisi Daniel Karvaxal kataloniya təmsilçisinin azarkeşlərinə orta barmağını göstərib. O bu jesti ilə bağlı "Barsa"nın azarkeşlərindən üzr istəyib: "Mən matçın sonlarında olan təhqirlərə cavab olaraq belə bir addım atdım. Amma mən elə hərəkət etməməli idim". Bu sözləri o, özünün tvitter səhifəsində yazıb.