bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Səmədov kənarda qaldı

04.12.2016 15:34 Oxundu 1590

"Lokomotiv" Rusiya çempionatının 17-ci turunda "Terek"lə keçirəcəyi oyunda heyəti açıqlayıb. Bir neçə gün öncə "Lokomotiv"in baş məşqçisi Syominin qəzəbinə tuş gəlmiş və əvəzedici heyətə göndərilmiş komandanın yarımmüdafiəçisi Aleksandr Səmədov nə əsas heyətə, nə də ehtiyat oyunçular sırasına salınmayıb.

Qeyd edək ki, "Lokomotiv"-"Terek" oyunu bu gün Moskva vaxtı ilə saat 16:00-da başlayacaq. "Hazırda Lokomotiv" turnir cədvəlinin 11-ci, "Terek" isə 4-cü yerdədir.