bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Hakim səhvini etiraf etdi

04.12.2016 16:27 Oxundu 1827

Dünən Almaniya Bundesliqasının XIII turunda keçirilmiş "Leyptsiq" - "Şalke" (2:1) matçı ilə bağlı həmin oyunun hakimi Bastian Dankert açıqlama verib. O, matçın əvvəlində "Şalke"nin qapısına təyin etdiyi penaltiyə görə komandadan üzr istəyib: "Oyunun videosuna baxanda səhv etdiyimi gördüm. Buna görə hamıdan üzr istəyirəm".

"Leyptsiq" - "Şalke" - 2:1

Qollar: Verner, 2 (penaltidən), Kolasinaç, 31 (1:1)Kolasinaç, 47 (öz qapısına) 2:1