bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"İnter"in ən böyük problemi

04.12.2016 17:05 Oxundu 1688

"İnter"in sabiq məşqçisi Frank de Bur İtaliya klubundakı özbaşnalıqlardan danışıb: "İnterdə" nə baş verir? Hər şey çox sadədir. Bu klubda Çin bossları, indoneziyalı prezident və italyanlardan ibarət direktorlar şurası var. Hər birinin öz hakimiyyəti var, amma əslində heç kim heç nəyə cavabdeh deyil. Bir sözlə, tam qarışıqlıqdır (bardakdır) - "İnter"in ən böyük problemi də budur.

Qeyd edək ki hazırda "İnter" turnir cədvəlinin 8-ci pilləsinədir. Xatırladaq ki, dekabrın 2-də XV tur çərçivəsində keçirilən matçda "İnter" "Napoli"yə 3:0 hesabı ilə məğlub olub.