bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Syomin Səmədovu bazadan qovmayıb"

04.12.2016 19:11 Oxundu 1614

Bu gün Rusiya çempionatının XVII turunda "Lokomotiv" "Terek"i qəbul edib və 2:0 hesabı ilə qələbə çalıb. Oyundan sonra "Lokomotiv"in baş məşqçisi Yuri Syomin jurnalistlərin suallarını cavablandırıb. O, bugünkü matçda nə əsas heyətdə, nə də ehtiyat skamyada yer almayan Aleksandr Səmədov haqqında da açıqlam verib: "Aleksandır Səmədova gəldikdə isə, onu bu gün oyuna buraxmadım. Çünki İqnatyev ondan daha yaxşı formada idi. Hər bir komandada rəqabət olmalıdır. Bəli, matça kimin çıxıb-çıxmadığını baş məşqçi müəyyənləşdirir. Mən bu dəfə İqnatyevə üstünlük verdim. Bu dəfə Səmədova heç ehtiyat oyunçuların siyahısına da daxil etmədim. Çünki onun kiçik zədəsi var. Bir daha demək istəyirəm ki, Syomin Səmədovu bazadan qovmayıb".