1713
.jpg)
Dünən İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam etdirilib. Çempionluq uğrunda yarışan "Liverpul" bu turda üç mühüm xal itirib. "Bornmut"la səfər matçında Yurgen Kloppun komandası hesabda iki dəfə iki top fərqi ilə irəlidə olsa da, qələbəni əldən verib."Bornmut" - "Liverpul" - 4:3:
Qollar: Mane, 20 (0:1), Oriqi, 22 (0:2), Uilson, 56-pen. (2:1), Emre Can, 64 (1:3), Freyzer, 76 (2:3), Kuk, 78 (3:3), Ake, 90+3 (4:3)
"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Bornmut"a məğlubiyyətdən sonra komandasından o ki var gileylənib: "Hər şeydən əvvəl deməliyəm ki, bu, "Bornmut"un layiq olduğu qələbə idi, onlar sona qədər mübarizə apardılar. Biz oyunu verdik və həlləedici anda müdafiədə oynamadıq. Rəqib isə bundan yararlanaraq gözəl qollar vurdu. Hətta hesab 2:0 olarkən bizim fəallığımız olmadı. Biz oyunu əldən verdik, çünki futbol oynamadıq. Rəqib oyuna hakim oldu və nəticədə məğlub olduq".
14 turdan sonra "Liverpul" 30 xalla 3-cü yeri tutur. "Çelsi" 34 xalla 1-ci, "Arsenal" 31 xalla 2-ci, "Liverpul"u məğlub edən "Bornmut" 18 xalla 10-cu pillədə qərarlaşıb.