çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Gəncə azarkeşlərini sevindirməyə çalışacağıq

05.07.2016 02:25 Oxundu 1582

“Kəpəz” iyulun 7-də UEFA Avropa Liqasının I təsnifat mərhələsində səfərdə “Daçiya” ilə qarşılaşacaq. Gəncə klubunun müdafiəçisi Şəhriyar Rəhimov qarşıdakı oyun haqda fikirlərini klubun saytı ilə bölüşüb: “Məsuliyyəti dərk edir, tarix yaza bilmək şansımızın olduğunu düşünürük. 16 ildən sonra mərhələ adlamaq üçün əlimizə fürsət düşüb. Bacardığımızı edib Azərbaycanı layiqincə təmsil etməyə və Gəncə azarkeşlərini sevindirməyə çalışacağıq. İlk oyundakı nəticəyə baxmayaraq inamımız böyükdür. Elə azarkeşlər də bizə inanırlar. Çünki evdə bir neçə vəziyyətdə fərqlənmək imkanı yaxaladıq. İlk hissədə daha yaxşı oynadıq. Çatışmayan yalnız qol oldu. Bakıda vura bilmədiyimiz qolu səfərdə vurmağa səy göstərəcəyik”.