bazar, 12 iyul 2026

BİZİM FUTBOL

U-19 qalib gəlib

05.12.2016 08:44 Oxundu 1644

Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyunu keçirib. “İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolun müəllifi Fərid Nəbiyev olub.

Xatırladaq ki, yığmamız bundan əvvəlki oyununu Birinci Divizion təmsilçisi “Səbail” komandasına qarşı keçirərək 3:1 hesabı ilə qalib gəlmişdi.