cümə axşamı, 28 mart 2024

VOLEYBOL

Odina Bayramova ən dəyərli oyunçu seçilib

05.12.2016 10:25 Oxundu 4284

Qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunlarına yekun vurulub. Azərbaycan yığmasının üzvü Odina Bayramovanın çıxış etdiyi “Firenze” komandası “Yamamay”ın qonağı olub. Görüş yığmamızın üzvü üçün uğurlu olub. “Firenze”nin 3:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada Odina Bayramova ən dəyərli oyunçu seçilib. Millimizin kapitanı görüşdə bombardirliyə də şərik olub. O, komanda yoldaşı İndra Sorakayte ilə hamıdan çox – 14 xal toplayıb.

Hesabında 11 xal olan “Firenze” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Firenze” A seriyanın növbəti turunda “Modena” ilə qarşılaşacaq.