bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Harri Keyn ilə müqaviləni yeniləyib

05.12.2016 10:29 Oxundu 1751

İngiltərənin “Tottenhem” klubu futbolçusu Harri Keyn ilə müqaviləni yeniləyib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. İyirmi üç yaşlı hücumçunun müqaviləsi 2022-ci ilin yayınadək artırılıb. Onun sözləşməsi 2020-ci ilə qədər idi.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 8 oyuna çıxan futbolçu 5 qol vurub.