bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

AZAL 16-cı komanda oldu

05.12.2016 13:01 Oxundu 1281

AZAL Azərbaycan kubokunda iki yubiley qeyd edib. Bunlar 1/8 finalın “Rəvan”la matçında rəsmiləşib. Paytaxt derbisində 4:0 hesablı qələbə qazanan “təyyarəçilər” öz meydanında 10-cu dəfə qalib gəlib. Bu, 21-ci matçda baş verib. Bunadək evdə 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə uduzan komanda “Rəvan”la görüşdə yubiley qolunu da vurub. 1/8 finaladək 26 qol vurub, 16-nı buraxan AZAL-ın bu matçda rəqib qapısından keçirdiyi son top 30-cu olub. Yubiley qoluna David Canelidze imza atıb.

AZAL ölkə kubokunda evdə 10 və daha çox qələbə qazanan 16-cı komanda olub.