05.12.2016 13:27
1419
1419
Premyer Liqanın 14-cü turunda baş tutan "Everton" - "Mançester Yunayted" oyununda (1:1) meydan sahiblərinin 2 futbolçusu - Şeymus Koulman və Yannik Bolasye məcburi əvəzlənmişdi. Koulman top uğrunda mübarizədə İbrahimoviçin üstünə yıxılmasına görə sinəsindən zədələnmişdi. "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç hesab edir ki, o bilərəkdən "Everton"un müdafiəçisinə qarşı kobud oynamayıb: "Bu fiziki mübarizə idi, amma rəqib sərt oynadı". O daha sonra deyib: "Eşitdiyimə görə, şərhçilərdən biri deyib ki, guya mən bilərəkdən onu başından vurmuşam. Mənə inanın, əgər mən kimisə vurmaq istəsəydim, lazım olan yerindən vuraydım.