05.12.2016 16:24
1347
1347
.jpg)
"Barselona"nın yarımmüdafiəçisi Serxi Roberto Çempionlar Liqası çərçivəsində sabah "Borussiya" (Mühnenqladbax) ilə keçirəcəkləri oyun barədə danışıb. O deyib: "Məqsədimiz növbəti mərhələyə çıxmaqdır. Biz qrupda birinci yerə çıxmaqla buna nail olmuşuq. Odur ki, "Borussiya" ilə oyunöncəsi heç bir gərginlik hiss etmirik. Komandamız yaxşı əhval-ruhiyyədədir. Yeri gəlmişkən, biz İspaniya çempionatında "Real"la keçirdiyimiz oyunda da yaxşı təsir bağışladıq. Matçın 1:1 başa çatması da əhvalımızı pozmadı".