05.12.2016 19:35
1687
1687

"Adanaspor" klubu Krunoslav Yurçiçi istefaya göndərib. Bunu yerli mətbuata açıqlamasında klub prezidenti Bayram Akgül deyib: "Komandanın uğursuz çıxışına görə, xorvatiyalı məşqçi ilə yollar ayrılıb".
Mövsümün əvvəlində Engin İpəkoğlu ilə yola çıxan, sonra yaşanan anlaşılmazlıqlar ucbatından komandanı Eyub Arına təslim edən "Adanaspor" daha sonra xorvatiyalı məşqçi Krunoslav Yurçiçiyə bel bağlayıb. Amma son uğursuzluqlar onunla yolların ayrılmasına səbəb olub. Krunoslav Yurçiçinin rəhbərliyi altında "Adanaspor" 13 matç keçirib ki, onun da 9-da məğlub olub, 3 bərabərliyə imza atıb, birində isə qələbə qazanıb.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis bu ilin avqust ayından "Adanaspor"u çalışdırırdı.