1795

Çempionlar Liqasında sabah keçiriləcək qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunlarında "Mançester Siti" "Seltik"lə (Hakimlər: Slavko Vinçiç, Boyan Ul, Tomas Klançnik, Yure Praprotnik - hamısı Sloveniya) üz-üzə gələcək. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ev oyunu öncəsi əvvəlki ilə indiki komandasını müqayisə edib: "Biz son vaxtlar yaxşı oynayırıq. Sürətli oyun nümayiş etdiririk. Hətta deyərdim ki, "Bavariya" və "Barselona"dan da sürətli. Əlbəttə, "Çelsi"yə qalib gəlsəydik, daha yaxşı olardı. Onda biz, çempionatda birinci yerə çıxar və digər şeylər haqqında danışardıq. Buna rəğmən, əminəm ki, bu mövsüm bizim üçün uğurlu olacaq".
Məlumat üçün bildirək ki, dekabrın 3-də keçirilmiş "Mançester Siti" - "Çelsi" matçında hesab belə olub -1:3