06.12.2016 10:15
1958
1958

"Kuban", "Mordoviya", "Rotor"un sabiq baş məşqçisi olmuş Fyodor Şerbakov hesab edir ki, son iki oyunda Aleksandr Səmədovun meydana çıxmaması "Lokomotiv"in xeyirinə olub: "Mənim fikrimcə, "Lokomotiv" - dəmiryolçular düzgün yoldadır. Onlar son oyunlarını layiqincə keçirdilər. "Lokomotiv"in baş məşqçisi Syomin komandasının ağrılı nöqtələrini tapır və aradan qaldırmağa çalışır. "Bu ağrı nöqtələri hansılardır?" sualına isə o belə cavab verib: "Son oyunlar da göstərir ki, bu, Aleksandr Səmədov idi. Onun ucbatından komandada həmişə bir gərginlik baş verirdi. Mən bu fikrimi bir məşqçi kimi deyirəm. Yenə deyirəm, bir məşqçi kimi Yuri Syomin onu komandadan uzaqlaşdırmaqla düzgün hərəkət etdi".