bazar, 18 yanvar 2026

ŞAHMAT

Məşhur şahmatçı öz geyimində hovuza tullanacaq

06.12.2016 10:39 Oxundu 2246

Tanınmış şahmatçı Sergey Karyakin bildirib ki, əgər onun azerkeşlik etdiyi "Spartak" bu mövsümdə Rusiya çempionu olarsa, o, bu sevincini paltarlarını belə soyunmadan hovuza tullanmaqla qeyd edəcək. Qrossmeyster daha sonra deyib: "Bilirsinizmi, mən dünya şahmat tacı uğrunda Karlsenə qarşı mübarizə ərəfəsində nə demişdim? Demişdim ki, əgər qələbə qazansam, paltarlarımı belə soyunmadan hovuza tullanacağam. Amma tac uğrunda mübarizədə Karlsen qalib gəldi. Mənim həmin vədim "Spartak" üçün də qüvvədədir".