bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Roberto Firmino "Arsenal"a keçə bilməz

06.12.2016 10:54 Oxundu 1876

"Liverpool" 25 yaşlı yarımmüdafiəçisi Roberto Firmino öz futbolçu karyerasını "Arsınal"da davam etdirə bilməyəcək. Buna səbəb isə müqaviləsinə xüsusi bəndin daxil edilməsidir. Bu bəndə görə braziliyalı hücumçunun "Arsenal"a keçməsi qeyri-mümkündür. Digər klublar üçün onun buraxılış qiyməti 98 milyon avro təyin olunub. Daha öncə "qırmızılar" Luis Suaresi də "Arsenal"a satmaqdan imtina edib və uruqvaylı forvard "Barcelona"nın heyətinə qoşulub.

Qeyd edək ki, cari mövsümdə 13 oyun keçirən Firmino 5 qola imza atıb.