3804
.jpg)
"Məndən incimə"
Bizim futbolçulardan biri futbol şərhçisini evinə dəvət edərək deyir:
- Oyunda mənimlə bağlı epizodları şərh edərkən deyirsən ki, texnikası yoxdur. Bax, qaqaş, bu mənim avtomobilim, bu mənim tozsoranım, bu mənim paltaryuyanım, bu mənim qabyuyanım, bu mənim... Bir də haqqımda "onun texnikası yoxdur" ifadəsini işlətsən, məndən incimə...
Günün sualı
Futbol matçının şərhçisi “Sona kimi mübarizə aparmaq lazımdır” deyəndə, görəsən, hansı futbolçunu nəzərdə tuturdu? Şəxsən mən Sona adlı bir oyunçu tanımıram.
Sponsorlu canlı sədd
... Oyunçularımız canlı sədd qururlar. Rəqib komandanın oyunçusu topa yaxınlaşır. Vurur. Top canlı səddə dəyib geri qayıdır. Xatırladaq ki, canlı səddin sponsoru "Qaradağ" Sement Zavodu idi.
"Hamısı oturub"
İtaliya-Azərbaycan oyunun ikinci hissəsində İtaliya millisinin baş məşqçisi Antone Konte millimizin baş məşqçisi Berti Foqtsa deyir:
- Məgər sizin oyunçular bütün günü ayaqüstü qalıblar?
- Yox.
- Elə isə bəs niyə sizin oyunçuların hamısı müdafiədə oturub? - deyə o soruşur.
Tanıma
Sizi bilmirəm, şəxsən mən Afrika dövlətlərini klublarımıza dəvət olunmuş futbolçularla tanımışam.