bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Rostov" Avrokubok yazı hədiyyə etmək istəyir

06.12.2016 15:19 Oxundu 1732

"Rostov" istənilən rəqibə çətin anlar yaşada bilən komandadır. Yəni o, sürprizlər etməyə qadirdir". Bu sözləri "Rostov"un sabiq hücumçusu Maksim Buznik deyib. O həmçinin bildirib ki, bu gün Çempionlar Liqası çərçivəsində keçiriləcək PSV (Hollandiya) - "Rostov" matçında rostovluların qalib gəlmək şansı da var: "Rostov" heç zaman Avropa Liqasının 1/16 finalında çıxış etməyib. Təbii ki, klub şəhərə Avrokubok yazı hədiyyə etmək istəyir. Yenə deyirəm, bu gün "Rostov" yalnız qalib gəlmək gəlmək uğrunda mübarizə aparacaq və Avropa Liqasının 1/16 finalında çıxış etmək hüququ qazanacaq".

Qeyd edək ki, "D" qrupunda çıxış edən "Rostov" 5 oyundan 4 xal əldə edib. Onun bugünkü rəqibi isə bir xalla sonuncu pillədədir. "D" qrupunda ilk yerdə "Atletiko" (15xal), ikinci yerdə isə "Bavariya"dır (9).