06.12.2016 18:34
1677
1677
.jpg)
On səkkiz yaşadək basketbolçular arasında Gürcüstan çempionatında növbəti oyunlar keçirilib. Çempionatda iştirak edən və əsasən U-16 millimizin üzvlərindən ibarət “Bakı” klubu “Zaza-1” komandası ilə görüşdə 38:55 hesabı ilə uduzub. “Gori” komandası ilə qarşılaşma daha gərgin keçib. Sonadək bərabər səviyyədə keçən oyunda Gürcüstan təmsilçisi qalib gəlib – 59:52.
Qeyd edək ki, “Bakı” çempionatda keçirdiyi 5 oyunun ikisində qalib gəlib və hazırda hesabında 7 xalı var. Təmsilçimiz ilk mərhələdə sonuncu görüşünü dekabrın 9-da “Kutaisi” komandasına qarşı keçirəcək.