bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Yarışın 16-cı iştirakçısı hələ müəyyənləşməyib

06.12.2016 19:24 Oxundu 1721

FIFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək futbol turnirinin 16 iştirakçısından 15-i müəyyənləşib. Bu barədə Rusiya Futbol İttifaqının Peşəkar Futbol Departamentinin rəisi Sergey Kulikov açıqlama verib.

O bildirib ki, indiyədək Rusiya, Azərbaycan, Yunanıstan, Slovakiya, Bolqarıstan, Hindistan, İran, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq komandaları yarışa qatılacaqlarını təsdiqləyiblər. Yarışın 16-cı iştirakçısı isə hələ müəyyənləşməyib. Komandalar 1999-cu il təvəllüdlü oyunçulardan təşkil olunub. Turnir 2017-ci il yanvarın 7-dən 22-dək təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycanı Təbriz Həsənovun yenicə baş məşqçi təyin olunduğu 19 yaşadək futbolçulardan ibarət milli komandası təmsil edəcək.