bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Pol Poqba heç vaxt "Qızıl top" almayacaq

06.12.2016 20:27 Oxundu 1672

Fransa millisinin baş məşqçisi Didye Deşamın fikrincə, yarımmüdafiəçi Pol Poqba heç vaxt "Qızıl top"a layiq görülməyəcək: "Çünki o, həmişə meydanın mərkəzində çıxış edir və bu səbəbdən çox qol vura bilməz". O daha sonra deyib: "Qızıl top" mükafatı forvardlara verilir. Bir sözlə, onu daha çox qol vuranlara verirlər. Pol Poqba qol vurmağı da bacarır və cari mövsümdə artıq bir neçə dəfə bunu edib. Amma o, bir oyunda üç qol vurmayacaq".

Qeyd edək ki, hazırda Pol Poqba "Mançester Yunayted"də çıxış edir. O, transfer dəyərinə görə dünyanın ən bahalı futbolçusu hesab olunur.