06.12.2016 20:59
1812
1812
FİFA-nın keçmiş prezidenti Yozef Blatterin İdman Arbitraj Məhkəməsinə (CAS) müraciəti rədd edilib. Keçmiş futbol funksioneri ona verilmiş futboldan 6 il müddətinə uzaqlaşdırma cəzasına etiraz edirdi. Ancaq qurumun Lozannada bu gün təşkil olunan iclasında cəza qüvvədə saxlanılıb. 80 yaşlı keçmiş prezident taleyi ilə barışmalı olub.
Qeyd edək ki, Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini 2015-ci ildə rüşvət qalmaqalı səbəbi ilə postlarından uzaqlaşdırılmış və 8 illik cəzalandırılmışdılar. Bu ilin fevralında isə isə cəzaları azaldılaraq 6 ilə endirilmişdi.