bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Dinamo" rekorda imza atıb

07.12.2016 07:30 Oxundu 1875

Çempionlar Liqasının B qrupunda son tur öncəsi 3 komanda - "Benfika", "Napoli" və "Beşiktaş"ın şansları olsa da, istanbullular üçün ÇL faciə ilə başa çatdı. Belə ki, Şenol Günəşin komandası heç bir iddiası olmayan "Dinamo"ya Kiyevdə 0:6 hesabı ilə uduzaraq üçüncü pilləyə yuvarlanıb. "Napoli" isə səfərdə "Benfika"nı məğlub edərək liderliyi əldə edib.

Qeyd edək ki, "Dinamo" (Kiyev, Ukrayna) - "Beşiktaş" (Türkiyə) qarşılaşması Ukrayna klubu üçün əlamətdar olub. Belə ki, "Dinamo" özünün Çempionlar Liqası tarixində "Beşiktaş"a 6 cavabsız qol vurmaqla rekorda imza atıblar.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

B qrupu

6 dekabr

“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə) - 6:0

Qırmızı vərəqələr: Bek, 29, Abubakar, 56 ("Beşiktaş")

Qollar: Besedin, 9, Yarmolenko, 31 (pen.), Buyalski, 33, Qonzales, 45+3, Sidorçuk, 60, Moraeş, 77

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

1.

Napoli

6

3

2

1

11:8

11

2.

Benfika

6

2

2

2

10:10

8

3.

Beşiktaş

6

1

4

1

9:14

7

4.

Dinamo Kiyev

6

1

2

3

8:6

5