bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Arda Turan 6-cı oldu

07.12.2016 07:55 Oxundu 1898

Dünən C qrupunda "Barselona" ilə Möhnenqladbax "Borussiya"sının matçı kifayət qədər maraqlı alınıb. 4:0 qələbədə "Barsa"nın oyunçusu Arda Turan het-triklə diqqət çəkib

Arda Turan Çempionlar Liqası çərçivəsində keçirilən oyunlarda het-trik edən "Barsa"nın 6-cı oyunçusu kimi tarixə düşdü. Qeyd edək ki, indiyədək Messi 7, Neymar, Samuel Eto, Ronaldinyo, Rivaldo isə hərəyə bir dəfə belə bir uğur əldə ediblər.

Digər tərəfdən Arda Turan Çempionlar Liqasında het-trik etmiş üçüncü türk futbolçusu kimi yaddaşlara həkk olundu. Ondan əvvəl Burak Yılmaz (2012, "Qalatasaray") və Tunkay Sanlı (2004, "Fənərbaxça") buna nail olub.